Azərbaycanın 2025-ci ilin ilk iki ayında ixrac etdiyi xurmanın miqdarı və dəyəri açıqlanıb.
2025-ci ilin ilk iki ayında Azərbaycan 41.8 min ton xurma ixrac edib.
Operativ Media bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Məlumara görə, yanvar-fevral aylarında Azərbaycanın ixrac etdiyi xurmanın həcmi 41 830.45 ton olub.
İxracdan əldə olunan gəlir isə 30.48 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında xurma ixracının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 25.5% artıb.