AZ

Dövlət Baxçalıdan 49 gündür xəbər yoxdur

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının uzun müddətdir ictimaiyyət içərisinə çıxmaması diqqət çəkir.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi tam 49 gündür kameraların qarşısına keçmir.Hətta jurnalist Sedat Bozkurt MHP lideri ilə bağlı sensasiyalı iddia gündəmə gətirib.Onun sözlərinə görə, Baxçalı əməliyyatdan sonra ayağa qalxmaq istəmir və bütün günü uzanır. 

Üstəlik, jurnalist MHP liderinin yanına sadəcə özəl qələm müdiri Murat Çelikerin girdiyi deyib.S.Bozkurtun iddiasına əsasən, Dövlət Baxçalı müalicə proseduruna davam etdiyi üçün kameralar qarşısına çıxmır. Jurnalist, MHP liderinin müavinlərinin belə onun otağına girmədiyi, Baxçalının onlarla da hər kəslə olduğu kimi telefonla danışdığını iddia edib.Qeyd edək ki, Dövlət Baxçalı 6 fevralda ürəyindən əməliyyat olub. Əməliyyat nəticəsində onun ürək qapağı dəyişdirilib.

Seçilən
22
cebheinfo.az

1Mənbələr