AZ

Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aidvideomateriallar yaymış şəxs istintaqa cəlb edilmişdir.

Trend xəbər verir ki, bununla bağlı Dövlət TəhlükəsizliyiXidməti məlumat yayıb.

17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentindəAzərbaycan Respublikasının dövlət sərhədində guya hərbiəməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddiaolunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkətibarədə videogörüntülər yayılmışdır.

Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət TəhlükəsizliyiXidmətində cinayət işi başlanılmış, aparılmış ilkin araşdırmalarnəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci iltarixinə aid olduğu təsbit edilmişdir.

Müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı,2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ciildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının SilahlıQüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişiniaparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı 15mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsindəpaylaşmışdır. Bundan sonra, həmin videogörüntülərə sosialşəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə,həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraqnümayiş etdirildiyi müəyyən olunmuşdur.

Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraqistintaqa cəlb olunmuş, həmin videogörüntüləri çəkdiyi mobiltelefon maddi sübut kimi götürülmüşdür.

Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri,onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlikhazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrlarınçəkilib internet informasiya ehtiyatında, o cümlədən sosialşəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır vəbelə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdətutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir.

Seçilən
28
49
az.trend.az

3Mənbələr