
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin övladları Hanter və Eşli Baydenin Məxfi Xidmətin mühafizə etdiyi şəxslər siyahısından çıxarılacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.
“Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq”, - Tramp bildirib.
Qeyd edək ki, yanvar ayında Tramp keçmiş dövlət katibi Mayk Pompeonun, keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçinin dövlət mühafizəsindən məhrum edilməsi ilə bağlı göstəriş verib.
Xatırladaq ki, son illər ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nəzdində fəaliyyət göstərən Məxfi Xidmət, ilk növbədə, Amerika torpaqlarında ölkənin ali rəhbərliyini və xarici liderləri mühafizə edir.