AZ

"Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri - 11 MİLYON MANAT ARTIB

"Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri  2024-cü ilin 12 ayında 46,4 milyon  manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu illik müqayisə ilə 10,9 milyon manat və ya 31% artım deməkdir. 

Faiz gəlirlərinin böyük hissəsi, yəni 32,3 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 6,3 milyon manat və ya 24% artıqdır.

Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 6 milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,61 milyon manat (12%) artım deməkdir.

Seçilən
25
fed.az

1Mənbələr