AZ

Böyük Britaniya və Aİ Rusiya aktivlərinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdirir

Britaniya və Aİ Ukrayna sülh danışıqları ərəfəsində müdafiə xərclərini artırmaq və Rusiyaya təzyiq göstərmək məqsədilə Rusiya Bankında dondurulmuş aktivlərin necə ələ keçirilməsi ilə bağlı danışıqları gücləndirir.

Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər verir.

Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas martın 18-də Londonda keçiriləcək görüşdə Avropanın müdafiəsi üçün maliyyənin artırılması və hərbi hazırlığın yaxşılaşdırılması üçün “innovativ təşəbbüsləri” müzakirə edəcəklər.

Bildirilir ki, danışıqlarda Avropanın Rusiyanın milyardlarla dollarlıq aktivlərini ələ keçirmək üçün düzgün hüquqi və maliyyə təminatına necə sahib olacağı da müzakirə olunacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr