AZ

Rusiya Ermənistanın qazını kəsdi

Gürcüstanda qaz kəmərində fövqəladə bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.

“Şimali Qafqaz – Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı təmir işləri ilə əlaqədar martın 18-də səhər saat 09:00-dan 18:00-dək Ermənistana təbii qazın nəqli dayandırılacaq”, – deyə şirkətin açıqlamasında bildirilir.

Bildirilir ki, qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İran İslam Respublikasından tədarük olunan təbii qazın əlavə həcmləri hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

Seçilən
45
veteninfo.az

1Mənbələr