Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 581,4 min və ya 17,8% çox sərnişin daşınıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,9% artaraq 66,2 min ton olub.