AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVI turun oyunları təşkil ediləcək.

UNEC “Murov Az Terminal”la üz-üzə gələcək.

UNEC-in idman zalında baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Turun digər görüşlərində “Abşeron” “Gəncə”ni, “Azərreyl” isə “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

“Abşeron” - “Gəncə” matçına saat 16:00-da, “Azərreyl” - “Milli Aviasiya Akademiyası” görüşünə isə 18:00-da start veriləcək.

Seçilən
16
5
cbcsport.az

10Mənbələr