AZ

Qusardakı “dərman” biabırçılığı ilə bağlı İLK AÇIQLAMA: “Genefonda təhlükədir, ona görə də…”

Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanların verilməsi ilə bağlı faktların mediada yayılması cəmiyyətdə birmənalı qarşılanmayıb və narahatlığa səbəb olub. Vatsap yazışmalarından da aydın olur ki, apteklərdə satılmayan və vaxtı keçən dərmanların xəstə insanlara paylanması üçün müvafiq göstərişlər verilib. Bəs görəsən, bu addımın atılmasının səbəbləri nədir və cəmiyyətə hansı yan təsirləri ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərmanların istehsalından tutmuş, nəqli, utilizasiyası, saxlanması, satışı və digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunu mövcuddur:

AbzasMedia

“Bu qanunlarda hər şey dəqiq təsbit edilib. Dərmanların vaxtı keçəndə onlar istifadə oluna bilməz. Hətta istifadə müddətinə bir ay qalmış dərmanlar çeşidlənir və onların təcili istifadəsi üçün müəyyən şərait yaradılır, şərtlər nəzərə alınır, qimətləri aşağı salınır. Amma vaxtı keçən dərmanlar qəti şəkildə istifadə oluna bilməz. Bu cür dərmanların istifadə olunması hüquqi məsuliyyət yaradır, Bu, Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulması deməkdir. Hesab edirəm ki, bu halda həmin addımı atan şəxslərlə bağlı hüquqi məsuliyyətdən söhbət gedəcək”.

Professor əlavə edib ki, ayrı-ayrı kommersiya şirkətlərinin və xəstəxanaların özünün korporativ maraqları fonunda bu addım atılıb:

“Amma qətiyyən yolverilməzdir. Çünki bu, genefondun sağlamlığını təhlükə altına qoymaq deməkdir. Doğrudur, Avropa istehsalı olan dərmanların böyük əksəriyyəti, yəni tablet və ampula formasında olanlar göstərilən müddətdən bir qədər vaxt keçdikdə də aktivliyini itirmir. Ancaq istənilən halda dərmanların üzərindəki istifadə müddəti boş yerə yazılmır. Əgər bu, göstərilibsə, deməli dərmanların keyfiyyət parametrləri həmin müddətdən sonra artıq dəyişməyə başlayır. Bunu mütləq nəzərə almaq lazımdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
48
konkret.az

1Mənbələr