Bakı, 18 mart, AZƏRTAC
“Son dövrlər İraqla Azərbaycan arasında əlaqələr inkişaf edir. İraqda Azərbaycandakı Qarabağ Universitetinin bir filialının, xəstəxananın açılması tarixi əlaqələrimiz baxımdan çox önəmlidir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumun “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” mövzusuna həsr olunmuş panel müzakirəsində söyləyib.
O bildirib ki, İraqdakı türkmanların Azərbaycanın, ümumilikdə türk dövlətlərinin dəstəyinə ehtiyacı var.