Antonio Mateu Laos “Barselona”nı çempionluqda edən səhvi barədə danışıb.
Publika.az xəbər verir ki, Mateu Laos La Liqanın 2013/14 mövsümünün son turunda keçirilən “Barselona” – “Atletiko” matçını (1:1) idarə edib. “Hindular” “Barselona” və “Real”ı 3 xal qabaqlayaraq İspaniya çempionu olublar.
66-cı dəqiqədə hakim Lionel Messinin qolunu oyundankənar vəziyyət olduğunu bildirərək qeydə almayıb. Baxmayaraq ki, topa son toxunan argentinalının komanda yoldaşı Françesk Fabreqas yox, Madrid klubunun müdafiəçisi Xuanfran olmuşdu.
“Səhv etdim. “Barselona” və “Atletiko Madrid” son turda oyunun demək olar ki, bütün aspektlərində bərabər idi və Xuanfranın toxunuşunu görmədiyimiz bir an oldu.