“Barselona” futbolçusu Jul Kunde ilə müqaviləni uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Kataloniya klubu fransalının sözləşməsini 2030-cu ilin yayına kimi artıracaq.
Kunde bu mövsüm 43 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə edib.