AZ

“Bədənim at kimi işləməyə öyrəşmişdi” – Mariya Stadnik

“Prinsipcə, bu qərar çoxdan verilib. Paris səfəri yalnız bunu təsdiqlədi”.

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnik “NV Sport”a açıqlamasında deyib.

Titullu veteran güləşçi karyerasını bitirməsi barədə danışıb: “Paris-2024-dən əvvəl də başa düşürdüm ki, bu mənim son çıxışım olacaq. Sadəcə, hisslərimi yoxlamaq üçün özümə vaxt vermək istədim. Fikirləşdim ki, əgər güləş üçün çox darıxsam, bəlkə qayıdaram. Amma darıxmadım. Ona görə də karyeramı rəsmən bitirmək qərarına gəldim”.

O, peşəkar güləşlə vidalaşdıqdan sonra həyatında ciddi dəyişiklik baş vermədiyini söyləyib: “Hələ də hər gün idman zalına gedirəm. Yeni işim var, bu da güləşlə bağlıdır. Ona görə də idmandan uzaqlaşmamışam və bəlkə də bu səbəbdən çox da nostalji hiss etmirəm”.

Stadnik Olimpiadadan sonra səhhətində problem yarandığını vurğulayıb: “Səhhətim bir qədər pisləşdi və anladım ki, formada qalmalıyam. Bədənim at kimi işləməyə öyrəşmişdi və qəfil dayananda sanki şok yarandı: qan təzyiqi, ürək problemi. Ona görə də indi mənim üçün idman, ilk növbədə, sağlamlıqla bağlıdır”.

Qeyd edək ki, Mariya Stadnik Olimpiya Oyunlarında Azərbaycanın yeganə 5 qat iştirakçısı, 4 qat mükafatçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının 2 qat qalibidir.

Seçilən
108
msport.az

1Mənbələr