AZ

Milli vərəm proqramı

MİLLİ VƏRƏM PROQRAMININ İDARƏÇİLİYİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
SƏHİYYƏ NAZİRLİYİ TƏRƏFİNDƏN APARILACAQ

Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) martın 17-də “Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər: nailiyyətlər, problemlər və gələcəyə baxış̧” mövzusuna həsr olunan növbədənkənar geniş iclası keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Qlobal Fondun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən səhiyyə naziri, Ölkə Əlaqələndirmə Komissiyasının sədri Teymur Musayev vərəmlə mübarizənin qlobal məsələ olduğunu bildirib.
İclasda Milli Vərəm Proqramının (MVP) idarəçiliyinin və təkmilləşdirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılması qərarı alınıb. Səhiyyə Nazirliyinin vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi və əhalinin sağlamlığının yaxşılaşdırılması üzrə strateji prioritetləri müəyyən edilib.

Seçilən
8
medicalmedia.az

1Mənbələr