AZ

İlham Rəhimov “Turan Tovuz”a büdcə ayırıb?

Azərbaycanlı milyarder İlham Rəhimovun adı yenidən “Turan Tovuz”la yanaşı hallanmağa başlayıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, taninmış iş adamının kluba maliyyə dəstəyi göstərməsi yönündə informasiyalar yayılıb.

İddiaya görə, məşhur biznesmen doğma rayonunun təmsilçisinə büdcə ayırıb. Həmin vəsait konkret olaraq Kurban Berdiyevin yolunda xərclənilir. ötən ilin iyununda komandanın başına keçmiş rusiyalı mütəxəssisin aldığı illik məvacibin önəmli bir hissəsi onun tərəfindən qarşılanır.

“Rubin”in sabiq çalışdırıcı “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb. Onun bir mövsüm ərzində qazancı 850 min dollar təşkil edir.

İlham Rəhimov 73 yaşlı baş məşqçinin alacağı pulun 500 min dollarını öz üzərinə götürüb. Qalan məbləğ isə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin üzərinə düşüb.

Hazırda onunla Berdiyev arasında münasibətlər soyuqdur. “Baba” ləqəbli çalışdırıcı Quliyevlə “soyuq müharibə” ab-havası yaradıb. Sədr komandanın son həftələrdəki çıxışından və göstərdiyi oyundan narazıdır. Amma şikayətini Berdiyevə söyləyə bilmir.

Giley-güzarını yalnız klub funksionerlərinə edir.

Quliyev idarəçilərə də baş məşqçiyə ehtiyatla yanaşmağı tapşırıb. İdman direktoru Səməd Nəsibov konkret olaraq ondan belə bir göstəriş alıb.

İdman.biz

Seçilən
43
idman.biz

1Mənbələr