Peru hökuməti paytaxt Lima və Kallao əyalətində 30 günlük fövqəladə vəziyyət elan edib.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Prezident Dina Ercilia Boluarte Zegarranın imzaladığı fərmana əsasən, 30 gün ərzində cinayətkar qruplarla effektiv mübarizə aparılacaq.
Fövqəladə vəziyyət şəraitində Peru Milli Polisi zərər çəkmiş ərazilərdə ictimai asayişə nəzarəti öz üzərinə götürəcək. Silahlı Qüvvələr isə təhlükəsizliyi təmin etmək və ən riskli bölgələrdə əməliyyatları dəstəkləmək üçün yerləşdiriləcək.
Fövqəladə vəziyyət çərçivəsində toplaşmaq hüququ və yaşayış yeri toxunulmazlığı kimi bəzi əsas azadlıqlar məhdudlaşdırıla bilər.