AZ

Azərbaycanda bu il kafe və restoranlar 371 milyon manat gəlir əldə ediblər

Yanvar-fevral ayı üçün ictimai-iaşə dövriyyəsi üzrə hesabat açıqlanıb.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral ayları üzrə ictimai iaşə dövriyyəsi üzrə göstəricilər 371 milyon 879 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 26,1% və 76 milyon 981 min manat artım müşahidə olunub.

Qeyd edək ki, ötən ilin eyni dövründə ictimai iaşə dövriyyəsi 294 milyon 898 min manat təşkil edib. Bunun 3 milyon 296 min manatı dövlət sektorunda, 291 milyon 601 min manatı isə özəl sektor üzrə  qeydə alınıb.

Məlumata görə,bu ilin yanvar-fevral ayında ictimai iaşə dövriyyəsinin 367 milyon 134 min manatı özəl, 3 milyon 917 min manatı isə dövlət sektorunun payına düşüb. Özəl sektorda 25,9% və ya 76 milyon 360 min manat, dövlət sektorunda isə 18.8% və ya 621 min manat artım olub. 

Sərvanə Rəmixanova

Seçilən
37
1
valyuta.az

2Mənbələr