AZ

Xankəndidə həbsxana tipli zirzəmi aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xankəndidə uzunluğu minlərlə metr olduğu deyilən tunel və daxilində zirzəmi aşkarlanıb.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, həbsxana tipli zirzəmiyə giriş qapılarından biri şəhərin mərkəzi küçələrindən birində yerləşir.
Həbsxana otaqlarının dəmir qapıları çöldən 4 ədəd qurğu ilə bağlanır. Tunelə giriş qapısının üzəridə yerləşən mənzillərdən birinin yüksəkrütbəli erməni hərbçiyə məxsus olduğu deyilir.
Əvvəllər həbsxana kimi istifadə olunan zirzəminin Vətən müharibəsi zamanı sığınacaq kimi istifadə olunduğu müəyyən olunub.
Seçilən
47
50
oxu.az

10Mənbələr