“İnter”in hücumçusu Markus Türam zədə səbəbindən Fransa yığmasından ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu klubun düşərgəsinə qayıdıb. Türam zədə səbəbindən UEFA Millətlər Liqasının Xorvatiya yığması ilə matçlarında iştirak etməyəcək.
Fransa millisi UEFA Millətlər Liqasının 1/4 final mərhələsində martın 20-23-də Xorvatiya yığması ilə iki oyun keçirəcək.