AZ

BDU- da THİK-in təşkilatçılığı ilə Novruz konserti keçirilib – VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Konsertdə milli musiqilər, rəqslər və Novruz ənənələrini əks etdirən səhnəciklər təqdim olunub. Eyni zamanda, Bahar qızı və Kosa-Keçəl kimi bayramın əsas personajları tədbirə xüsusi rəng qatıb. Tələbələrin böyük coşqu ilə qatıldığı tədbirdə milli adət-ənənələrin yaşadılması və gənclər arasında təbliği diqqət mərkəzində olub. Tədbirin sonunda iştirakçılar Novruz tonqalının ətrafında bir araya gələrək bayramı qeyd ediblər.

Daha ətraflı görüntüləri təqdim etdiyimiz videoda izləyə bilərsiniz.

 

 

Pərvanə Fərhadqızı

Seçilən
86
28
qht.az

10Mənbələr