Uzun müddətdir mübarizə apardığı mədəaltı vəzi xərçənginə yenik düşən məşhur rəqqasə Tanyeli dünyasını dəyişib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Tanyelinin ölümü sənət dünyasını darmadağın edib.
Tanyelinin öz vəsiyyəti ilə xərçəng xəstəliyindən dünyasını dəyişən, "Yeşilçam" ulduzu anası Dolğun Sezərin yanında dəfn ediləcəyi bildirilib.