AZ

Hollivud süni intellektlə bağlı qanunların yumşaldılmasına qarşıdır

400-dən çox məşhur ad, o cümlədən Hollivud aktyorları, rejissorları və ssenaristləri hökumətdən süni intellekt sahəsində qanunları yumşatmamağı xahiş ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 400-dən çox Hollivud sənayesi insayderi hökumətə açıq məktubla müraciət edib.

Onlar süni intellektə aid olan mövcud qanunları qorumağa çağırıb.

Ben Stiller, Ayo Edebiri, Cara Delevingne, Chloe Fineman, Cate Blanchett, Guillermo del Toro və Taika Waititi kimi məşhur adlar OpenAI və Google-un süni intellektin yetişdirilməsi üçün müəllif hüquqları ilə qorunan materiallardan istifadə təklifinə də qarşı çıxan məktubu imzalayanlar arasında idi.

Məktubda süni intellektin hazırlanması və inkişafı üçün mövcud qanunların yumşaldılmasının Hollivud sənayesinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edilib.

Seçilən
37
1
operativmm.az

2Mənbələr