AZ

Çində tikinti meydançasında baş verən qəza nəticəsində beş nəfər ölüb

Çinin Şansi əyalətində sürətli avtomobil yolunun tikinti meydançasında baş verən qəza nəticəsində beş nəfər həlak olub.

7News.Az "Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Faciə bazar ertəsi saat 17:55-də Tayuan-Tszuquan sürətli avtomobil yolunun Yesi hissəsində baş verib.

Hadisənin səbəbləri araşdırılır və nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
 
 

Seçilən
51
1
7news.az

2Mənbələr