Bakı. Trend:
İmişlidə avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, İmişli Rayon PolisŞöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindənkeçirilən tədbirlərlə rayon ərazisində idarə etdiyi “VAZ” markalıavtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraqavtoxuliqanlıq hərəkətləri edən rayon sakini İ.Nurullayevsaxlanılıb.
Belə ki, sürücü barəsində qanunvericiliyə uyğun olaraq protokoltərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyəgöndərilib.
Məhkəmənin qərarı ilə İ.Nurullayevin sürücülük hüququ 1 ilmüddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbsedilib.