Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsinə dair məlumatlar yayılıb.
APA xəbər verir ki, bununla bağlı “WhatsApp” yazışmalarının olduğu iddia olunur.
Xəstəxananın aptek bölməsinin əməkdaşının vaxtı keçmiş dərmanların pasiyentlərə paylanmasına dair tapşırıq verdiyi deyilir.
Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan yazışmalara dair araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.