"Nyukasl" ın hücumçusu Aleksandr İsak "Barselona"nın əsas transfer hədəfləri sırasındadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona"nın nümayəndələri "Nyukasl"ın "Vest Hem"ə qarşı son matçında iştirak ediblər.
Klub rəhbəri Joan Laporte, forvardın istedadının böyük pərəstişkarıdır və transferin reallaşması üçün əlindən gələni etməyə hazırdır.
Aleksandr İsakın dəyəri "Transfermarkt" portalı tərəfindən 75 milyon avro qiymətləndirilir.