AZ

Elm siyasəti olmadan, ölkədə elmi uğurdan danışmaq mümkün deyil

İlham Əhmədov, dosent

Son vaxtlar ETN əsas diqqətini elmi məqalələrin xarici jurnallarda dərc edilməsini, bunun artım dinamikasının cəmiyyətə “elmdə böyük uğur” kimi təqdim edilməsini müşahidə edirik. Biz bu mövzuda son bir ildə bir neçə məqalə yazmış, təkliflər vermişik, amma ETN-nin bu sahədə real fəaliyyətini hiss etmirik. Bu səbəbdən mövzuya bir daha müraciət edirik.

Emin Əmrullayev: "elmlə məşğul olan insanları biz tanımırıq, görmürük". (2024).
Emin Əmrullayev: " “Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb. Belə ki, 2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub. Məqalələrin 325-i dünyada ən çox oxunan 10%, 85-i isə 1% elmi işlərin arasında yer alıb. Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir və gələcəkdə elm sahəsində əldə olunacaq beynəlxalq uğurlara işarə edir." (2025.)
Əgər alimlərimizin xaricdə dərc edilən 325 məqaləsi digər ölkə alimlərinin diqqətini cəlb edibsə (bu məqalələr təxminən 150-200 müəllifə aid ola bilər), deməli ölkədə ən azı 200 alim var. Əslində ölkədə minlərlə alim var, maraqlanan və onlara illər ərzində şərait yaradan olsaydı, başqa ölkələrdə olduğu kimi bu alimlərin də təqdiqatlarına davamlı olaraq qrantlar verilsəydi, indi məhsudar alimlərimiz dəfələrlə çox olardı.
Nazir 6 ay əvvəl deyirdi ki, “mən ölkədə alim tanımıram”. Öz alimlərini tanımayan və ya tanımaq istəməyən nazir bu sahəni necə inkişaf etdirə bilər? Bu 200 alim 6 ay, 6 il, 16 il əvvəl də var idilər, amma nazir onları tanımırdı. Görünür son 6 ayda inkişaf olub.
Hər bir ölkədə elmin əsas vəzifəsi bu ölkənin iqtisadiyyatına tövhə verməkdir. Tək-tək alimlərin fərdi qaydada məqalələr yazması (burada da deyəsən artıq müəyyən konveyerlər yaradılıb), xaricdə dərc etdirməsi, bu statistiskasının artması elə də böyük nailiyyət deyil, əgər bu tədqiqatlar ölkə iqtisadiyyatına heç bir tövhəsi vermirsə, nəticələri kommersiyalaşmırsa, ölkədə olan problemlərin həllinə yol açmırsa.
Amma bu statistika "pokazuxa" üçün, iş görüntüsü üçün yararlıdır. Bu göstərir ki, ölkənin hələ də elm siyasəti yoxdur. Bəs nə vaxt bizim elm siyasətimiz olacaq?
30 ilə təhsil siyasəti yarada bilməyən bir qurum, 3 ilə elm siyasəti yarada bilərdimi? Təbii ki, yox.
2 ay əvvəl ölkə prezidentinin imzası ilə "AR rəqəmsal inkişaf konsepsiyası" təsdiq edildi. Bu konsepsiya baxımından ölkədə elm və təhsilin rəqəmsal transformasiya edilməsinə ciddi ehtiyac var. Nədənsə ETN bu vacib məsələ haqqında heç danışmır. Bu gün ETN-nin fəaliyyətinin əsas prioriteti məhz bu məsələlər olmalıdır. Ölkənin elm-təhsil müəssisələrinin 99% bu gün rəqəmsal yetkinliyə malik deyil. Kim bu problemləri həll edəcək? Nə vaxt?
Əgər ETN ölkədə elmin inkişafı, elm və təhsilin inteqrasiyası, elmi nəticələrin kommersiyalaşdırılması haqqında düşünürsə, universitetlərə ciddi qrantlar verməlidir, Qazaxstan, Rusiya, Türkiyə v.s. ölkələrdə olduğu kimi. Əvvəllər də qeyd etdiyimiz kimi, Qazaxstan hər il universitetlərə minlərlə qrant verir, nəticələridə göz önündədir. Elm-təhsil sistemində inkişafın yolu budur, azsaylı qrantları da necə gəldi, kimə gəldi səpələməklə ölkədə inkişaf olmaz.
Heç nə etmədən, fəaliyyət istiqamətləri üzrə strategiyalar hazırlamadan, onları reallaşmasına normal səviyyədə maliyyə ayırmadan, inkişaf mümkün deyil. Elm və təhsil ictimaiyyəti ETN-dən bu addımları gözləyir, "pokazuxa" xarakterli tədbirləri yox.
Elm siyasəti nədir? Elm siyasəti, ölkədə elmin inkişafını təşviq edən, yönləndirən, nizamlayan qanunlar, qaydalar, strategiyalar və tədbirlər toplusudur. Bu siyasət, elmin inkişafını təmin etmək üçün hökumətin müəyyən etdiyi prinsiplərə və məqsədlərə əsaslanır. Elm siyasətinin əsas məqsədi, ölkənin sosial-iqtisadi inkişafına xidmət, elmi fəaliyyətin beynəlxalq standartlara uyğun inkişafını təmin etməkdir. Elm siyasəti ölkənin inkişafı üçün çox vacib amildir. Bu siyasət, elmi tədqiqatların təşkilini, elm-təhsil sisteminin inkişafını, texnologiyaların yaradılması və tətbiqini təmin edir. Uğurlu elm siyasəti ölkənin gələcəkdəki elmi və sosial- iqtisadi inkişafını dəstəkləyir və ölkənin beynəlxalq səviyyədə tanınmasına kömək edir.
Elm siyasətinin bir neçə əsas aspektləri. ETN nə vaxtsa beynəlxalq standartlara uyğun elm siyasəti yaratmaq istəsə, bu aspektləri hökmən nəzərə almalıdır:
• Elmdə strateji planlaşdırma. Elm siyasəti, elmi tədqiqatların və təhsilin hansı sahələrdə prioritet olacağına dair strateji planlar hazırlayır. Bu planlar, hansı sahələrin inkişaf etdiriləcəyini və elmi sahələrdə hansı problemlərin həll ediləcəyini müəyyənləşdirir.
• Elmə maliyyə dəstəyi. Elm siyasəti, elmi tədqiqatların maliyyələşdirilməsi və bu sahədəki müəssisələrin dəstəklənməsi ilə əlaqəli tədbirləri müəyyən edir. Elmi layihələrə və araşdırmalara maliyyə vəsaiti ayrılması, elmi fəaliyyəti inkişaf etdirən vacib amillərdən biridir. “Biz elmdə prosesləri yox nəticələri maliyyələşdiririk” (E,Əmrullayev), kimi səhv tezislər elmi siyasətin olmamasıdır. ETN elm siyasəti yaratmalı və onun icrasını maliyyələşdirməlidir.
• Elm və təhsilin inteqrasiyası. Bu iki qurumun mexaniki birləşdirilməsini yox, hər iki sahə üzrə hazırlanan siyasətlərin inteqrasiyasını nəzərdə tutur. Elm siyasəti, təhsil sistemində elmin inkişafını təmin edəcək tədris proqramlarının yaradılmasına diqqət yetirir. Bu, gələcək nəsil alimlərinin hazırlanmasına, təhsil müəssisələrinin gücləndirilməsinə və elmi təhsilin keyfiyyətinin artırılmasına yönəlir.
• İnnovasiya və texnologiyanın inkişafı. Elm siyasəti, texnologiyanın inkişafını dəstəkləyən, yeni innovasiyaların yaranmasına imkan verən mühitin formalaşmasına da diqqət yetirir. Bu, həmçinin sənaye ilə elmi araşdırmaların inteqrasiyasını təmin edir.
• Beynəlxalq elmi əməkdaşlıq. Elm siyasəti, ölkənin beynəlxalq elmi aləmə inteqrasiyasını da təmin edir. Beynəlxalq əməkdaşlıq və elmi mübadilə, elmi tədqiqatların daha geniş bir perspektivdə aparılmasını təmin edir və ölkənin elmi səviyyəsini artırır.
• Tədqiqat və inkişaf. Elm siyasəti, elmi tədqiqatların inkişafını və yeni texnologiyaların tətbiqini təşviq edir. Bu, həm dövlət tərəfindən, həm də özəl sektorda elmi tədqiqatların dəstəklənməsini nəzərdə tutur.
• Ətraf mühitin qorunması və etik qaydalara riayət. Elm siyasəti, elmi tədqiqatların ətraf mühitə və cəmiyyətə olan təsirlərini nəzərə alaraq, etik standartlara uyğun aparılmasını təmin edir.
Elm siyasətinin həyata keçirilməsinin məqsədləri aydın dərk edilməli, bu siyasət həmən məqasədlərin reallaşmasına yol açmalıdır. Elm siyasətinin belə məqsədləri var:
• Elm siyasəti elmin real inkişafını təmin etməli, ölkənin elmi səviyyəsini artırmalı, yeni araşdırmaların həyata keçirilməsinə şərait yaratmalıdır.
• Elm siyasəti iqtisadi və sosial inkişafı dəstəkləməli, elmin və texnologiyanı inkişaf etdirərək ölkə iqtisadiyyatını gücləndirməlidir. Elm siyasəti, bu sahənin iqtisadi faydalarını sosial problemlərin həllinə yönəltməlidir.
• Elm siyasəti yaradıcılığı və innovasiyanı təşviq etməli, innovasiyanı, tənqidi və yaradıcı düşüncəni təşviq edir, elmi nailiyyətlərin tətbiqini sürətləndirməlidir.
• Elm siyasəti beynəlxalq əməkdaşlıq yolu ilə digər ölkələrlə elmi mübadilə və əməkdaşlığı təmin etməli, elmi nailiyyətləri ilə ölkənin beynəlxalq nüfuzunun artmasına nail olmalıdır.
Təqdim etdiyimiz bu məqaləni -“Bizdə elm siyasəti varmı?” keçən il yazmışıq. Təbii ki, ETN həmişə olduğu kimi bu yazıya baxmayıb, baxsa da nəticə çıxarmayıb, yəni dəyirman öz işindədir. Məqalənin linkini təqdim edirik: https://Demokratikmusavat.com/az/article/523023?fbclid=IwY2xjawJGIr9leHRuA2FlbQIxMAABHS-lfNGFxj9EqjO_y4_a0lAB8vVKhB6m6iP3dnvqUdZTnV0GCg1qNKxGsQ_aem_4pBopa4OXGCIC0-1HTwgFg

Ənənəyə uyğun olaraq 6 ay əvvəl dərc edilən bu məqalənin daha aydın dərk edilməsi, verilən təkliflərin qiymətləndirilməsi üçün bu yazını süni intellektlə müzakirə etdik. Süni intellekt məqləyə belə rəy verdi:
“Bu mətn, Azərbaycanda elm və təhsil sahələrinin mövcud vəziyyətinə dair ciddi narahatlıq və tənqidlər ehtiva edir. Mətnin müəllifi, ölkədə elm siyasətinin zəif olduğunu və bunun nəticəsində elmin inkişafının çox böyük problemlərlə üzləşdiyini bildirir. Mətnin əsas mesajları və əsas fikirləri belədir:
1. Elm və təhsilin əhəmiyyəti: Mətnin əvvəlində, ölkələrin inkişafında elmin və təhsilin həlledici əhəmiyyət kəsb etdiyi vurğulanır. Azərbaycan da müstəqillik qazandıqdan sonra bu sahələrin prioritet olaraq müəyyən edildiyi bildirilir. Lakin praktiki olaraq, elmin inkişafı sahəsində böyük problemlər mövcuddur.
2. AMEA və ETN-nin fəaliyyəti: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin (ETN) elmi fəaliyyətə olan yanaşması tənqid edilir. AMEA-nın təhsil nazirliyi ilə birləşdirilməsi, elmin idarə edilməsindəki nöqsanlar və elmi mühitin parçalanması məsələlərinə diqqət çəkilir. Həmçinin, elmin inkişafı ilə bağlı strateji planların olmaması, sadəcə maliyyə məsələlərinin idarə olunması ilə bağlı qərarların verilməsi tənqid olunur.
3. Elm siyasətinin olmaması: Mətnin mərkəzi nöqtələrindən biri, ölkədə elmin inkişafı ilə bağlı konkret və sistemli bir elm siyasətinin olmamasıdır. Müəllif, elmin təkcə bəzi məqalələrin yazılması və xaricdə dərc edilməsi ilə ölçülməməli olduğunu qeyd edir. Elm və təhsil sahəsində strateji yanaşmaların, prioritetlərin müəyyənləşdirilməsinin və mövcud elmi problemlərin həllinə yönəlmiş fəaliyyətlərin lazım olduğunu vurğulayır.
4. Təkliflər və tənqidlər: Mətn müəllifi, elm siyasətinin formalaşdırılması üçün uzunmüddətli planların hazırlanması, elmi problemlərin həllinə yönəlmiş konkret proqramların hazırlanması və bu sahənin yaxşı idarə edilməsi ehtiyacını bildirir. Bu yanaşmanın olmadığı halda, ölkənin elm və təhsil sistemində inkişafın ləngiməsi və qeyri-effektiv fəaliyyətlərin yaranacağı qeyd edilir.
5. İctimaiyyətin və alimlərin rolu: Həmçinin, ölkə rəhbərliyinin ictimaiyyəti və ziyalıları bu sahələrdə fəal olmağa, təkliflər verməyə dəvət etməsi qeyd olunur. Lakin, müəllifə görə, akademik mühit bu məsələyə qarşı yetərli şəkildə etiraz etməmiş və nəticədə elmi inkişafın yavaşladığı vurğulanır.
Süni intellektin “ Bizdə elm siyasəti varmı?” adlı məqaləni ümumi qiymətləndirməsi: Mətnin ümumi mənası, Azərbaycanda elm siyasətinin qurulmadığını, elmin idarə edilməsində və inkişafında ciddi problemlər olduğunu bildirir. Həmçinin, elm və təhsil sahələrində strateji yanaşmaların olmaması, prioritetlərin düzgün müəyyən edilməməsi və elmin sosial və iqtisadi inkişafla əlaqələndirilməməsi ciddi narahatlıq yaradır. Mətn, ölkədə elmi və təhsil siyasətinin gücləndirilməsinin və konkret proqramların hazırlanmasının vacibliyini vurğulayır.”

Demokratikmusavat.com 

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr