AZ

Avropa Komissiyası alüminium idxalı ilə bağlı araşdırmaya başlayıb

Bakı, 18 mart, AZƏRTAC

Avropa Komissiyası alüminium idxalının qəfil artması ilə bağlı araşdırmaya başlayacaq.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, istintaq Avropa İttifaqının bütün ticarət tərəfdaşlarına təsir edəcək.

Sənəddə, həmçinin deyilir ki, ötən həftə ABŞ Prezidenti Donald Trampın alüminium idxalına elan etdiyi 25 faizlik rüsum yüksək enerji qiymətləri, zəif tələbat və ucuz idxaldan əziyyət çəkən sektorun vəziyyətini daha da çətinləşdirəcək. Bundan əlavə, Avropa İttifaqının alüminium istehsalçıları son on ildə əhəmiyyətli bazar payını itiriblər.

Avropa İttifaqı, həmçinin polad idxalı tarifindəki boşluqları da düzəltmək qərarına gəlib. 2018-ci ildə müəyyən edilən kvotadan artıq polad idxalına tətbiq olunan 25 faizlik rüsumun müddəti 2026-cı ilin iyununda başa çatır, lakin Brüssel bundan sonra da polad sənayesini lazımi şəkildə dəstəkləməyə vəd verib.

 

Seçilən
65
azertag.az

1Mənbələr