Bəs bu müddət onlara bəs edəcək, yoxsa əlavə vaxta ehtiyac duyurlar? Bu sualı “Qəbələ”yə ünvanlamadıq. Ona görə ki, ötən mövsüm elitada çıxış ediblər, infrastruktur baxımından ölkədə seçilirlər.
Bəhruz Musayev, “Karvan”ın mətbuat katibi:
“Bizdə infrastrukturla bağlı müəyyən çətinlinlər var. Bu yöndə danışıqlara başlamışıq. Bir şirkətlə razılaşsaq, ot örtüyünü dəyişmək istəyirik. Stadionun ətrafında da müəyyən problemlər var. Çempionat başlayana qədər bu işləri yekunlaşdırmağı düşünürük”.
Aqşin Mürsəlov, “İmişli”nin İdarə Heyətinin sədri:
“Klub olaraq, yeganə problemimiz meydançanın ot örtüyünü standartlar çərçivəsinə gətirməkdi. Bu yöndə işlərimiz gedir. Bir il möhlət verilməsi çox yaxşı oldu. İstədiyimiz nəticəni almaq üçün bu, çox önəmli idi”.
ƏSƏD SEYİDOV