AZ

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlər ərzindəqeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzidağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclükülək əsəcəyini nəzərə alaraq əhalini müvafiq təhlükəsizlikqaydalarına riayət etməyə çağırıb.

Trend xəbər verir ki, bubaradə FHN məlumat yayıb.

Qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur:

"Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsizamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyiqaydalarına ciddi riayət edilməlidir. Bununla yanaşı, kiçikhəcmligəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağanolduğunu nəzərə almalıdırlar".

Nazirlik ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrikcihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləməyi tövsiyə edib.

"Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqınvə seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaqdurmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq tövsiyə olunur",- qurumdan əlavə olunub.

Məqalədə:
Seçilən
5
49
az.trend.az

10Mənbələr