Məşhur aktyor Ben Afflek “Access Hollywood”-a verdiyi müsahibəsində 6 min dollarlıq idman ayaqqabısı istəyən oğlu ilə arasındakı dialoqdan danışıb.
“Cebheinfo.az” xəbər verir ki, dünyaca məşhur aktyor yeniyetmə oğluna "Mənim pulum var, sən yox” deyərək ona erkən həyat dərsi verib. Afflek açıqlamasında "Həqiqətən, bəzi şeylərin lazımsız dərəcədə baha olduğunu düşünürəm. Mən hər dəfə ona minlərlə dollarlıq ayaqqabılara ehtiyacı olmadığını deyirəm. Amma o, hər dəfə "Bizim pulumuz var" cavabını verir. Mən də ona "Mənim pulum var, sənin yox” cavabını verdiyini deyib. Aktyor “Oğluma dedim ki, sən onları sevirsən, çünki onlar bahalıdır. Bunun başqa açıqlaması ola bilməz” deyib.