AZ

Əbu-Dabidən Qəbələyə uçuşlar BAŞLAYIR

Birləş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindən Azərbaycan Respublikasının Qəbələ rayonuna birbaşa uçuşlar həyata keçiriləcək.

Modern.az-ın məlumatına görə, BƏƏ-nin "Wizz Air" hava hava yolları 19 iyun 2025-ci il tarixdən çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla həftədə 3 dəfə birbaşa uçuşlar həyata keçirəcək.

Uçuşlar təxminən 3 saat davam edəcək. Qəbələdən 10:00-da uçuşlar başlayacaq, 13:10 isə sərnişinlər Əbu-Dabidə olacaq. Geri qayıdarkən isə Əbu-Dabidən 05:55-də ayrılan təyyarə səhər 09:-05-də Qəbələ hava limanına çatacaq.

Turizm eksperti Cəfər Qarayev saytımıza açıqlamasında bildirib ki, həftədə 3 dəfə nəzərdə tutulan reyslərdə bir nəfər üçün gediş-dönüş təyyarə biletinin qiyməti əl yükü baqajı ilə birlikdə 315 manat təşkil edəcək.

“Vətəndaşlar turizm şirkətlərinə müraciət edərək turpaketlər yaxud biletlər əldə edə bilərlər. Reyslər hazırda 19 iyundan 28 mart 2026-cı il tarixinədək əlçatandır. Qiymətlərin olduqca uyğun olduğunu deyə bilərik. Bildiyimiz kimi "Wizz Air" hava yolları Macarıstan hökumətinə məxsus idi. Onun bir hissəsini Əbu-Dabi hökuməti alıb və aşağı büdcəli hava yolları kimi uçuşlar həyata keçirir. Qəbələ ilə yanaşı təbii ki, Bakı şəhərinə də uzunmüddətli uçuşlar həyata keçirilir. Bu uçuşlar həm Budapeştdən, həm də Əbu-Dabidən baş tutur. Bu hava yollarının Azərbaycana xüsusilə də Qəbələyə uçuşlarının başlaması regionda turizmin inkişafına təkan verəcək. Pandemiyadan əvvəl BƏƏ-nin "Flydubai" hava yolları uçuşlar keçirsə də sonra təəssüf ki, dayandı. Hazırda bu xəbəri almağımız və bölüşməyimiz turizm sektorunda çalışan insanları çox sevindirir. Bu uçuşlar sayəsində Qəbələ və ətraf rayonlara əcnəbi turistlər səfər edə biləcək. Yeri gəlmişkən bildirim ki, BƏƏ-də 11 milyon vətəndaş daimi yaşayır. Onların 4 milyonu paytaxt Əbu-Dabinin payına düşür. Həmçinin BƏƏ ilə Azərbaycan arasında vizasız rejim tətbiq olunur, bununla yanaşı BƏƏ-də olan əksər ölkə vətəndaşları Azərbaycana səfər edə, 30 günlük səlahiyyətli turistik vizanı beynəlxalq hava limanlarımızda əldə edə bilərlər”.

Seçilən
86
1
modern.az

2Mənbələr