Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar dalana girib, məhz bu, İsrail tərəfini anklava zərbələri bərpa etməyə məcbur edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.
"Son iki yarım həftə ərzində biz dalana dirəndik, orada həm atəş açılmır, həm də girovlar geri qaytarılmır, İsrail üçün isə bu, qəbuledilməzdir. Gözləməyə davam etsəydik, vəziyyət eyni qalacaqdı. HƏMAS İsraili diz çökdürməyəcək, bu baş verməyəcək", - deyə o bildirib.