AZ

İngiltərə klubları Rafinha ilə maraqlanırlar

"Barselona" klubunun futbolçusu Rafinhaya İngiltərə Premyer Liqasının top klubları maraq göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Məlumata görə, "Liverpul" 28 yaşlı braziliyalı yarımmüdafiəçinin keçidini rəsmiləşdirmək istəyir.

Mersisaydlılar futbolçu üçün "Mançester Yunayted"lə mübarizə aparmağa hazırdırlar.

Rafinhanın transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. 

La Liqanın cari mövsümündə vinger 27 matçda iştirak edib, 13 qol və 8 asist ilə yadda qalıb.

Seçilən
13
operativmm.az

1Mənbələr