“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Misli Premyer Liqasında “Qarabağ”ın futbolçusu Patrik Andrade mükafatı qazanıb. I Liqada MOİK-in oyunçusu Ramil Orucov, II Liqada “Qusar”ın futbolçusu Eşqin Tağıyev qalib olub.
Qeyd edək ki, II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Müsabiqənin şərtlərinə əsasən yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə Tağıyevin vurduğu top “Ayın qolu” seçilib.
İdman.biz