AZ

İlham Əliyevin Forumdakı çıxışı beynəlxalq ictimaiyyət üçün vacib mesajlarla zəngindir- ÖZƏL

"Ənənəvi olaraq hər il təşkil olunan Forum dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin iştirakı ilə qlobal problemlər üzrə müzakirələrin aparıldığı əsas beynəlxalq platformalardan birinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun hər tədbirində fəal iştirak edir və açılış nitqi ilə çıxış edərək, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini, qlobal çağırışlara yanaşmasını və regional əməkdaşlıq perspektivlərini təqdim edir. Onun  forumun növbəti toplantısındakı çıxısı da strateji istiqamətlərin müəyyənləşdirilməsi kontekstində beynəlxalq ictimaiyyət üçün vacib mesajlarla zəngindir.
Ölkə rəhbərinin təqdim etdiyi müddəalar təkcə Azərbaycanın deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən strateji əhəmiyyətə malikdir. Cənab İlham Əliyev çıxışında müasir dünyanın üzləşdiyi əsas qlobal çağırışlara toxunub. Son illərdə baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və beynəlxalq diplomatiyanın effektivliyi kimi məsələlər gündəmdədir. Bu məsələlərin həlli üçün beynəlxalq əməkdaşlığın, çoxtərəfli diplomatiyanın və ölkələr arasında etimadın qurulmasının vacibliyi vurğulayıb. Azərbaycanın bu məsələlərdə fəal rol alması, xüsusilə enerji və nəqliyyat sahələrində beynəlxalq tərəfdaşlıqlar qurması ölkənin qlobal siyasətdə artan rolunu göstərir. Prezidentin vurğuladığı kimi, dünya düzəni hazırda yenidən formalaşır və bu prosesdə ədalətli yanaşmanın, beynəlxalq hüququn qorunmasının vacibliyi xüsusi önəm daşıyır".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
156
olaylar.az

1Mənbələr