AZ

Cəlilabadda qəza: 3 nəfər suya düşdü

Cəlilabadda da ağır yol qəzası olub.

 News365.az xəbər verir ki, qəza rayonunun Uzuntəpə kəndindən Ələt-Astara magistralına çıxış üçün salınan   alternativ  yolda baş verib.

İdarəetmədən çıxan minik avtomobilinin körpüdən çaya aşması nəticəsində Lerik sakinləri-   67 yaşlı Kitabə Mirzəyeva, 41 yaşlı Qafil Əliyev və 36 yaşlı Gülşən Qafarova    müxtəlif dərəcəli   xəsarətlər alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Seçilən
63
news365.az

1Mənbələr