AZ

Gürcüstan millisi ardıcıl 8-ci dəfə Avropa çempionu oldu

Gürcüstanın reqbi komandası İspaniya yığmasını 46:28 hesabı ilə məğlub edərək 2025-ci il Avropa çempionatının qalibi olub. 

Fanat.Az xəbər verir ki, oyun Tbilisidəki Mixail Mesxi adına stadionda baş tutub. 

Turnirdəki qələbə Gürcüstan üçün ardıcıl 8-ci, tarixdə isə 17-ci qələbə olub.

Xatırladaq ki, ötən il Parisdə keçirilən Avropa çempionatında gürcülər finalda Portuqaliya komandasına 36:10 hesabı ilə üstələmişdi.
 

Seçilən
42
fanat.az

1Mənbələr