"Yüz faiz etibarlı mənbədən yenidən yoxladım. Sırskı vəzifəsində qalır, heç bir kadr dəyişiklikləri planlaşdırılmır", - deyə deputat bildirib.
Daha əvvəl Qonçarenko, Sırskının mümkün istefası barədə məlumat yayaraq, onun yerinə müdafiə nazirinin müavini general-leytenant Yevgeni Moysukun namizəd kimi nəzərdən keçirildiyini açıqlamışdı. Deputatın sözlərinə görə, bu dəyişikliklər Ukrayna qüvvələrinin Kursk vilayətində uğursuzluğa düçar olması ilə əlaqədar idi.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Baş Qərargah rəisi Anatoli Barqileviçi vəzifəsindən uzaqlaşdırmışdı. Eyni zamanda, Kursk vilayətinə hücuma rəhbərlik edən və bu bölgədə ukraynalı hərbçilərin cinayətlərində əli olduğu iddia edilən general-mayor Dmitri Krasilnikov da istefaya göndərilib.