İsrailin Qəzza zolağına hücumlarını bərpa etməsi atəşkəs razılaşmasının pozulması və bütün region üçün fəlakətli nəticələrə səbəb ola biləcək son dərəcə təhlükəli eskalasiyadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Misir Xarici İşlər Nazirliyinin xüsusi press-relizində deyilir: "Misir 300-dən çox insanın ölümünə səbəb olan İsrailin Qəzzaya endirdiyi aviazərbələri qəti şəkildə pisləyir və bunu atəşkəs razılaşmasının açıq şəkildə pozulması və bütün region üçün dəhşətli nəticələrə səbəb ola biləcək təhlükəli eskalasiya hesab edir".
Qahirə bütün tərəfləri Fələstin ərazisində “vasitəçilərə daimi atəşkəs razılaşmasına nail olmaq şansı verməkdə” təmkinli olmağa çağırıb.