Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsinə dair məlumatlar yayılıb.
Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, sosial şəbəkədə yayılan yazışmalara dair araşdırma aparılır.
"Sosial şəbəkədə yayılan yazışmalara dair tərəfimizdən araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilib.