Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə Mərkəzi Seçki Komissiyasının fevralın 12-də və fevralın 14-də keçirilən iclaslarının protokollarının təsdiq edilməsi və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələləri daxildir.
İclasda cari məsələlərin də müzakirəsi nəzərdə tutulur.