AZ

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib - FOTOLAR

2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib.

QHT.az xəbər verir ki, Forumda ilk olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qonaqları salamalayaraq bildirib ki, ortaq dəyərlər türk dünyasının böyük sərvətidir, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib.

İraq parlamentinin Türkmanlar qrupunun sədri Ərşad Rəşad Fəth Allah Əl-Salihi eyni ruhu, eyni mədəniyyəti daşıyan türkmanların doğma Azərbaycana olan məhəbbətini ifadə edib. Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, Naqif Həmzəyev bu cür əlaqələrin, görüşlərin davamlı olmasını arzulayıblar. Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçirilib, Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub, təkliflər dinlənilib.

Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi 5 gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər. Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaq.

Seçilən
57
2
qht.az

3Mənbələr