
May ayının sonunda seçici siyahıları hazırlanıb təqdim edilməlidir.
Reyting.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu istiqamətdə addımlar atılmalı və işə başlanılmalıdır.