«Qala Həyat Sığorta» ASC-nin 2024-cü il üzrə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, ötən il şirkət bir qədər də böyüyüb, eləcə də mənfəətli fəaliyyətə davam edib.
2024-cü ildə «Qala Həyat Sığorta»nın əsas əməliyyat gəlirləri 25 milyon 564 min manat təşkil edib.
Bunun hamısı şirkətin topladığı birbaşa sığota haqlarıdır. Bu gəlirlər son bir il ərzində 269 min manat, başqa sözlə (1,1%) artıb.
2024-ci ildə «Qala Həyat Sığorta» şirkətinin şirkətinin investisiya gəlirləri 194 min manat və ya 14,1% artaraq 1 milyon 574 min manata, sair gəlirləri isə 499,4 min manata bərabər olub.
Ümumilikdə ötən il şirkətin cəmi gəlirləri 27 milyon 662 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 2 milyon 457 min manat (9,7%) artıqdır.
2024-cü ildə «Qala Həyat Sığorta»nın ümumi xərcləri 17 milyon 265 min manat təşkil edib.
Şirkətin əsas əməliyyat xərcləri 16 milyon 643 min manat, işlərin aparılması xərcləri 4,8 milyon manat olub.