AZ

Britaniya Azərbaycanla Ermənistanı sülh razılaşmasını tezliklə imzalamağa çağırıb

Bakı. Trend:

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında sülh sazişilayihəsi üzrə danışıqların yekunlaşmasını alqışlayıb.

Trend xəbərverir ki, bu barədə Böyük Britaniyanın xarici işlər, birlik vəinkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi parlamentdəçıxışı zamanı deyib.

"Ermənistan və Azərbaycan tarixi sülh sazişi üzrə danışıqlarıyekunlaşdırıb. Biz bu nailiyyəti alqışlayırıq və hər iki tərəfiimzalanma ilə bağlı mümkün qədər tez irəliləməyə çağırırıq", -Lemmi deyib.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistanarasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqındaSaziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elanedib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsasşərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşıiddiaların aradan qaldırılması məqsədilə Ermənistanınkonstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanınuzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətəçatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional MinskQrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasınınzəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesiilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davametdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Seçilən
30
8
az.trend.az

9Mənbələr