AZ

Parisdə polis evsizlərin ələ keçirdiyi teatrı boşaltmağa çalışır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris polisi (Fransa) üç ay əvvəl 400-dən çox evsiz miqrant tərəfindən ələ keçirilən "Gaîté Lyrique" teatrını azad etməyə çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat verib.
Teatr ictimaiyyət üçün bağlıdır, lakin polisə konsert salonunu məcburi boşaltmaq əmri verilib.
"Miqrantlar, sadəcə olaraq, binaya daxil olub, onu ələ keçirib, orada sığınacaq qurublar. Onlar dövlətdən onlara ev və sənəd verməyi tələb edirlər", - məlumatda bildirilir.
Qeyd olunur ki, Avropa İttifaqı İkinci Dünya müharibəsindən sonra ən böyük miqrasiya böhranını yaşayır. Qeyri-qanuni mühacirlərin əksəriyyəti Avropaya Aralıq dənizi vasitəsilə gəlir.
Seçilən
96
2
oxu.az

10Mənbələr