AZ

Rusiyadan Azərbaycan və Ermənistanla birgə üçtərəfli işçi qrupu barəsində açıqlama

Hurriyyet.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Sergey Overçuk  Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının XXXIV qurultayı çərçivəsində jurnalistlərə açıqlama verib.

Overçuk RF, Azərbaycan və Ermənistan komissiyasının - baş nazirlərin müavinləri səviyyətində üçtərəfli işçi qrupunun hazırda "yuxu rejimində" olduğunu, tərəflərin istədiyi zaman öz işinə davam edə biləcəyini deyib.

Onun sözlərinə görə, baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu dövlət başçılarının  9-10 noyabr 2020-ci il tarixli birgə bəyanatı ilə müəyyən edilib.

RF Baş nazirinin müavini deyib: "Hazırda o, yatmış vəziyyətdədir. Heç kim bu qrupu ​​bağlamayıb və əgər tərəfdaşlar bizimlə əlaqə saxlasalar və  müəyyən mənada faydalı ola bilsək,  o zaman təbii ki, məmnuniyyətlə bu işi  davam etdirəcəyik".

Hürr Tərcüman

Seçilən
26
hurriyyet.az

1Mənbələr