AZ

Ermənistan 10 minə yaxın turist itirib – SƏBƏB

Ermənistanda turizm rəqəmləri azalmaqda davam edir. Ziyarətçilərin sayına görə Rusiya lider mövqe tutur.

KONKRET.az xəbər verir ki, 2025-ci ilin fevral ayında ölkəyə 117 372, 2024-cü ilin eyni ayında isə 127 241 turist gəlib.

Bu il ən çox turistin Rusiyadan – 39%, Gürcüstandan – 15% və İrandan 8% gəldiyi bildirilir. Hindistan və Filippin, hər biri 2 faizlə dördüncü, Ukrayna isə 1,35 faizlə beşinci yerdədir.

Qeyd edək ki, 2024-cü ildə Ermənistana 2 milyon 208 min 179 turist səfər edib ki, bu da 2023-cü illə müqayisədə (2 milyon 316 min nəfər) 4,6% azdır.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
66
konkret.az

1Mənbələr